“Bakıda “Şıx”dan başqa bütün çimərliklər pulsuzdur” - İcra Hakimiyyəti » Qaynar xəbərlərin tək ünvanı “Bakıda “Şıx”dan başqa bütün çimərliklər pulsuzdur” - İcra Hakimiyyəti » Qaynar xəbərlərin tək ünvanı

» » “Bakıda “Şıx”dan başqa bütün çimərliklər pulsuzdur” - İcra Hakimiyyəti

“Bakıda “Şıx”dan başqa bütün çimərliklər pulsuzdur” - İcra Hakimiyyəti


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş “Bakıda “Şıx”dan başqa bütün çimərliklər pulsuzdur” - İcra HakimiyyətiBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Bakıda bəzi çimərlik ərazilərinin ödənişli olmasına münasibət bildirib.

"Qafqazinfo”nun məlumatına görə, BŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov APA-ya açıqlamasında bildirib ki, əhalinin çimərlik ərazilərinə və sahilyanı zonalara girişi birmənalı olaraq pulsuzdur: "Bu məsələ Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda verdiyi sərəncamda da əksini tapıb. "Şıx” çimərliyinin ödənişli olmasında isə məsələ dənizə giriş deyil. Orda xüsusi xidmət sahələri - otellər, yeməkxanalar, istirahət mərkəzləri var ki, onların ərazisinə daxil olduqda, çimərlikdən istifadə pullu hesab olunur. Ancaq digər yerlərdə çimərliklər ödənişsizdir və hər hansı ödənişin tələb olunması qanunsuzdur. Biz bu istiqamətdə maarifləndirmə tədbirləri aparırıq”.

Ə. Abbasov xatırladıb ki, ölkə başçısı da Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı sərəncam imzalayıb: "Sərəncamda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanlar cinayət məsuliyyətinə cəlb olunacaqları vurğulanır. Bu sərəncamdan irəli gələn məsələləri isə Bakı Şəhər İcra Hakimiyyəti yerinə yetirir”.

Paylaş:


Müəllif : Baxış :
62132
Tarix:
11-06-2016, 18:02
  


loading...