Balakəndə iki piyada avtomobillə vurulub » Qaynar xəbərlərin tək ünvanı

» » Balakəndə iki piyada avtomobillə vurulub

Balakəndə iki piyada avtomobillə vurulub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakəndə iki piyada avtomobillə vurulub

 Fevralın 19-u saat 23.00 radələrində Balakəndə rayonun Talalar kənd sakini Tural Əliyev idarə etdiyi  "VAZ 21015” markalı minik avtomobili ilə yolu keçmək istəyən rayonun Tülü kənd sakinləri, 1968-ci il təvəllüdlü Rəfail Şamil oğlu İsayevi və 1989-cu il təvəllüdlü Rəşad Xəlil oğlu Haqverdiyevi vurub.

 
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan APA-ya verilən məlumata görə, onların müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. R. İsayev və R. Haqverdiyevin dayı-bibi uşaqları olduğu bildirilir.
 
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. 

Paylaş:


Müəllif : Baxış :
368232
Tarix:
21-02-2018, 23:50
  


loading...